Dünən İtaliyada keçirilən  “Avroviziya 2022” mahnı müsabiqəsi barədə dünya liderləri, məşhurlar sosial şəbəkə hesablarında fikirlərini bölüşüblər.

Məşhur ingilis yazıçısı, "Harri Potter" kitabının müəllifi Coan Roulinq də sosial şəbəkə hesabında “Avroviziya 2022” mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımlar edib.

Coan tvitter hesabında Azərbaycanın yarışmadakı çıxışına da toxunub. Ölkəmizi daha ön pillərdə görən yazıçı  "qarət edildi" - "Azərbaycanın haqqını yedilər" şərhini yazıb.

 

Xatırladaq ki, mahnı müsabiqəsində Azərbaycan təmsilçisinə cəmi 106 səs verilib. Və bununla da təmsilçimiz Nadir Rüstəmli 16-cı yeri tutub.

Həmçinin “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) dünənki yarışmanın səsverməsi zamanı 6 ölkənin münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan edib.

Həmin ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodur. Sözügedən ölkələr qaydaları pozmaqda ittiham edilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN