Biz həmişə demişik ki, beynəlxalq əhəmiyyətli tədbirlər bir ölkənin dünyadakı yerini və rolunu təqdir edir. Açığı, 2022-ci ilin 13-14 və 15 may tarixlərində Kadirli Kaymakamlığı, Kadirli Bələdiyəsi və İl Kültür Müdürlüyü’nün dəstəyi ilə Kadirli Eğitim və Kültür Vakfı (KA-VAK) və Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu’nun (ASKEF-in) təşkilatçılığı sayəsində Türkiyənin Kadirli şəhərində, “UNESCO Yolunda Karatəpə” təması ilə düzənlədiyi KADİRLİ FESTİVALI (Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali) da bu səciyyəvi prosesi öz fəaliyytində geniş ehtiva etdi. Festival Türk millətlərindən və dünyadan, daha dəqiqi, 7 ölkədən bir çox sayda sənətçini, sənətsevər şəxsləri Kadirlidə bir araya gətirdi. Zəngin proqramı ilə diqqət çəkən Kadirli Festivalı əhatəli anlamda xarakterizə edildi. Festivalı 1-ci günü 4400 nefer 2-ci günündə hazırlanan kotejə isə 7.000 nəfər qatılmışdı.
Onun 3800 nəfəri Kadirli xalqından izləyənlər idi.
İlk gün KA-VAK Adana Şöbə Yönətim Kurulu Başkanı Emine Varmış, Yönətim Kurulu ve Vakıf Üyələri, ASKEF Başkanı Savaş Ünal ilə 7 fərqli ölkədən Festivala qatılan sənətçilər Kadirli Kaymakamı Vehbi Bakır və Kadirli Bələdiyyə Başkanı Dr. Ömər Tarhan’ı ziyarət etdi. Onlar festivalın Kadirli əhalisinə xeyir və uğur gətirməsini dilədilər, təşkilati işlərə həmişə dəstək verəcəklərini dedilər.
Festivalda görkəmli sənətçilərin də əsərləri yer aldı.
Təxminən 28 sənətçinin qatıldığı festivalda çıxış edənlər Azərbaycandan Sona İsmayılova, Kırgızıstandan Dr. Darika Adatovna Acar, Bolqarıstandan Doç. Dr. Nesrin Sipahi, Özbıkistandan Muazzam İbrohim ve Mircevat Ahıskalı açılış münasibətilə maraqlı çıxışlar etdilər və onların hər biri alqışlarla qarşılandı.
Festivalın ikinci günündə də çıxışlar oldu. Sənətsevərlər öz fəallıqları ilə tədbirə əlavə rəng qatdılar. Festival iştirakşıları böyük coşqu ilə şəhərin müxtəlif bölgələrindən avtobuslarla Karatəpəyə yollandılar. Burada da bir-birindən maraqlı anlar yaşandı, sənət adamları dəyərli fikirlər səsləndirməklə festvalın ovqatını bir az da artırdılar. İlker Okatanın piyaninoda ifa etdiyi klassik musiqilər iştirakşıları coşdurdu. Bu musiqilərin sədaları hər kəsə unudulmaz anlar yaşatdı. Bunun ardınca düzənlənən teatr tamaşaları, şagirdlərin verdikləri konsertlər də Kadirli’də xüsusi əhval yaratdı.
“Festivalin 3-cü günündə Devlet Bahçeli Kültür Mərkəzində ölkəmizdən qatılan 28 nəfər üçün Azərbaycan günü düzənləndi. Azərbaycandan gələn sənətçılər, şairlər, professorlar ve katılımçılar çıxış etdilər.”sənətsevərlərin iştirakı ilə bir konfrans da gerçəkləşdirildi. Konfransda Kadirli Eğitim ve Kültür Vakfı (KA-VAK) tərəfindən hazırlanan “Flaviapolis’tən Kadirli’yə” adlı sənədli filmin də nümayişi oldu.
Çıxış edənlər Türk sənət yüksəlişinin dünya sənətində əsaslı rol oynadığını dedilər və bu işdə dəstəyini əsirgəməyən ölkələrin sənətçilərinə minnətdarlıq ifadə etdilər.
Ardınca fərqlənən şəxslərə mükafatlar təqdim olundu.
Festivalın üçüncü günündə KA-VAK Kız Öyrənci Yurdu’nun təməlatma mərasimi keçirildi, bu işin yeni nəsillər üçün çox böyük önəmi olacağı deyildi.
Əlbəttə, sənət dünyanın əsaslı yüksəlişidir və öz ictimai əhəmiyyəti ilə hər zaman önəm kəsb edir. Türkiyənin Qaratəpə vilayətində təşkil olunmuş, hər kəsdə xoş əhval-ruhiyyə yaratmış festival da sənət birgəliyi işidir və sənətsevər ölkələrin qardaşlıq, dostluq siyasəti kimi xarakterizə edir.
Qürur duydum ki, bu möhtəşəm festivalda Azərbaycan da təmsil olundu.
Sona ABBASƏLİQIZI,
yazıçı-jurnalist,
ASKEF Azərbaycan və Asiya başkanı