Nizami RİH-in başçısı Coşqun Cəbrayılov: “Prezidentimiz, dövlətimiz, xalqımız tərəfindən şəhid ailələri, onların övladları həmişə qayğı və diqqətlə əhatə olunublar”

1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” ərəfəsində Nizami Rayonunun  Heydər Əliyev Parkında yerləşən Böyük zalda “Beynəlxaq uşaqlar  günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbir “Qəhramanların övladları“ Lahiyəsi çərçivəsində təşkil olunmuşdur. Tədbirə çoxsaylı şəhid övladları, şəhid anaları, Vətən müharibəsi qaziləri və müxtəlif qonaqlar dəvət olunmuşdu.

Tədbirdə Nizami Rayon İH-in başçısı Coşqun Cəbrayılov, Başçının müavini İldırım Mehdiyev, Rayon Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor Yəhya Ağayev və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev  və digər qonaqlar iştirak edirdi.

Lahiyənin təşkilatçıları, II Qarabağ Müharibəsində kəşfiyat snayper  qrupunun komandiri olmuş  Qazi Elçin Kazımov, texniki təchizat üzrə məsul zabit Emin Tarıverdiev, Vətən Müharibəsi veteranları  Nifti Məmmədov, Mətləb Əhmədov, Nurlan Abbasov  və başqaları iştirak edirdilər.

Tədbir Azərbaycanın  himninin səsləndirilməsi başladı. Sonra isə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab  Coşqun Cəbrayılov  çıxış edərək dedi: ”44 günlük tarixi Zəfər Qələbəsinin əsas memarı Ali Baş Komandan, Prezident cənab İlham Əliyevdir. Məhz onun hazırlayıb, həyata keçirdiyi strateji və taktiki plan əsasında, ordumuzun cəsur əsgər və zabitləri qəhrəmancasına döyüşərək, 30 il erməni işğalında olan torpaqlarımızı  44 gün ərzində azad etdilər. Prezident cənab İlham Əliyev həmin 44 gündə təkcə  döyüş meydanında yox, siyasət meydanında da əsl döyüş aparırdı. Prezident dünyanın 40-a yaxın ölkəsinin jurnalistlərinə verdiyi arqumentli və samballı müsahibələri ilə, az qala ordumuz qədər iş gördü. Məhz bu amillər də qələbənin qazanılmasında başlıca rol oynadı. Bu gün bura dəvət edilən gözəl balaların ataları, Ali Baş Komandanın çağrışına səs verərək, Qarabağın azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına qalxdılar. Bu yolda canlarından keçərək, şəhid oldular və öz qanları ilə torpaqlarımızın 30 illik işğalına son qoydular. Prezidentimiz, dövlətimiz və xalqımız tərəfindən şəhid ailələri, onların övladları həmişə qayğı ilə, diqqətlə əhatə olunublar. Azərbaycan respublikasının birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə həmişə maddi və mənəvi dəstək olur. Qzilərin müalicəsinin ölkədə və xaricdə təşkil edilməsində böyük rol oynayır. Nizami rayonunda da çoxsaylı şəhidlərimiz var ki, onların ailələrinin, övladlarının qayğısını çəkmək, problemlərin həllinə yardımçı olmaq bizim müqəddəs borcumuzdur. Cünki bu şəhidlər ona gorə canlarından keçiblər ki, gələcək nəsilə probleb  qalmasın, sizin kimi gül balalar şən və firavan böyüyəsiniz”.

Cıxışdan sonra Coşqun Cəbrayılov  və onun müavini İldırım Mehdiyev  masalara yaxınlaşaraq, şəhid analarına  və onların uşaqlarına  daima diqqət və qayğı göstərəcəklərini, onların problemlərinə yardımçı olacaqlarını vuğuladılar.

Rayon Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsu, ehtiyatda olan mayor Yəhya Ağayevə çıxış edərək, 44 günlük II Qarabağ savaşında əsgərlərimizin döyüş bölgələrində qəhramanliqlarından geniş söhbət açdı. Rayon İcra Hakimiyyəti tərəfindən  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə onlara təşəkkürünü bildirdi.

Sonra söz musiqiyə verildi. Hələ zamanın onlara atasız bir ömür bəxş etdiyinin fərqini anlamayan bu balaca, gül  ballalar öz şən və qayğısız uşaqlıq çağlarının zövqünü yaşayırdılar. Bu fidan balalar  Şəhidlər haqqında şeirlər, söyləyir, mahnılar ifa edir  və rəqs edərəkə şənlənirdilər.

Onu da qeyd edək ki, “Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunan  tədbir, çoxlu rəngarəng şarlarla , Azərbaycanın  və qardaş Türkyənin bayraqları ilə bəzədilmiş zalda keçirilirdi. Şou proqram iştirakçılarının gözəl retertuarı və müğənlilərin ifa etdikləri şən mahnılar uşaqların sevinib, əylənməsinə və qayğısız şənlənib, oynamasınas səbəb olurdu.                                                                                                                        

Tədbirdə iştirak edən hərbiçilərdən qazi Elçin Kazımov  44 günlük II Qarabağ müharibəsində əsgərlərimizin böyük ruh yüksəkliyindən  söz açdı. Digər çıxış edənlər də əsgərlərimizin qəhrəmanlıqları, ayrı-ayrı oğullarımızın ermənilərə necə qan uddurduqları epizodları danışaraq, tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Əlbəttə, tədbirin yaraşığı olan qəhrəman  şəhidlərimizin balaca,  gül balaların üzlərinin sevincə qərq olması, rəqs edib əylənməsi tədbir iştirakşılarının hər birinin ürəyini riqqətə gətirməşdi. Hamının da məqsədi elə bu idi ki, qəhrəmanların övladları qəm-kədər görməsin, həyatları həmişə beləcə sevinc, şənlik içində keçsin. Tədbirin sonunda şəhid  uşaqlarına müxtəlif hədiyələr paylandı ki, bu da onlarin sevincini bir az da artırdı.

Yəhya Ağayev, 

Silahlı Qüvvələr veteranı, Müharibə və Əmək veteranı, Nizami Rayon Veteranları Təşkilatının Sədri, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor                                                             

                          

 

 

                                                                            

                                                                                                                            

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN