Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanı Moskvada rus dilində nəşr edilib.
Bu barədə Tezadlar.az-a daxil olan məlumatda qeyd edib ki, elmi, fəlsəfi, detektiv janrda yazılmış iri həcmli bu romanın xarici dildə nəşri müstəqillik dövrü ədəbiyyatımız üçün nadir və faydalı hadisədir.
Kitabın “Ön söz” müəllifi akademik İsa Həbibbəylidir. Kitaba mərhum görkəmli alimimiz Telman Əliyev rəy, Rusiyadan tibb elmləri doktoru, professor Seyfəddin Mərdanlı və professor Vladimir Pomazanov roman haqqında öz fəlsəfi düşüncələrini yazıblar.
Romanda bir sıra elmi-fəlsəfi ideyalarla yanaşı, azərbaycançılıq məfkurəsi, torpaqlarımızın azad edilməsi, Şuşanın beynəlxalq mədəniyyət və elm mərkəzinə çevrilməsi, sürətli bərpa işlərinin aparılması mülahizələri də öz əksini tapıb, hansı ki, indi xalq-ordu-dövlət birliyindən yaranan “Dəmir yumruq” sayəsində gerçəkləşib.
Kitabın redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Dilarə Məmmədova, Azər Elşadoğlu, Esmira Fərəcova, rus dilinə tərcümə edən isə Leyla Qədirzadədir.
E.ŞİRİNOV