Bakı Dövlət Universitetində (BDU) kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin “DNT-nin bərpası və xərçəngin müalicəsi” mövzusunda seminarı keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, tədbiri açan universitetin rektoru Elçin Babayev Əziz Səncərin BDU-da seminar keçməsinin ali təhsil müəssisəsi üçün əlamətdar hadisə olduğuna diqqət çəkib: “Əziz Səncərin nailiyyətləri və tədqiqatları təkcə elm dünyasında deyil, həm də bütün insanlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun elmi irsi və tədqiqatları, bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır. Əldə edilən uğurlar milyonlarla insana ümid verir və bu sahədə aparılan elmi işlərdə yeni bir istiqamət yaradır”.

Rektor BDU-nun elm və təhsil sahəsində davamlı yeniliklərə və irəliləyişlərə sadiq olduğunu deyib: “DNT-nin bərpası və xərçəngin müalicəsi mövzusu müasir elmin ən vacib istiqamətlərindən biridir. Universitetimiz elm və təhsil sahəsində davamlı yeniliklərə və irəliləyişlərə sadiqdir. Bizim məqsədimiz gənc alimlərə, tələbələrə dünya səviyyəli təhsil və tədqiqat imkanları təqdim etməkdir. Professor Əziz Səncər kimi nüfuzlu alimlərin universitetimizi ziyarət etməsi və biliklərini bizimlə paylaşması, bu məqsədə çatmaqda kömək edir”.

Daha sonra Ə.Səncər BDU-da olmaqdan məmnunluğunu vurğulayıb: “Mən illərlə xarici ölkələrdə yaşasam da, Azərbaycan mənə Türkiyə qədər əziz və doğmadır. Ümid edirəm ki, burada gənc tələbələrlə birlikdə keçəcəyimiz seminar onların gələcək fəaliyyətlərinə işıq salar”.

Tədbir interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN