Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı artıb.

 TEZADLAR.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan, xarici ölkələrdən olan tələbələrin sayı 5765 nəfər, 2022/2023-cü tədris ilində 6223 nəfər, 2023/2024-cü tədris ilində isə artaraq 6 680 nəfər olub.

 Qeyd edək ki, bu sırada ilk üçlükdə 3 021 tələbə ilə Türkiyə, 1 069 tələbə ilə İran, 609 tələbə ilə Rusiya dayanır.

Düzdür, Azərbaycanda təhsil alan tələbələrin sayında artım müşahidə olunmaqdadır, lakin qonşu Gürcüstandakı əcnəbi tələbələrin sayına baxdıqda bu rəqəmin çox aşağı olduğunu görürük.

Nəzərinizə çatdıraq ki, ötən tədris ilində Gürcüstanda 17 min əcnəbi tələbə təhsil alırdı.

Bəs görəsən, əcnəbiləri Gürcüstandakı ali məktəblərə cəlb edən nədir ki, o bizim ali məktəblərdə yoxdur?..

Bu sual üzərində  düşünməyin və problemləri araşdırmağın isə vaxtı çoxdan çatıb...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN