Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 000 ABŞ dolları həcmində investisiya qazandı.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar qasımov sosial media hesabında bildirb.
"Dünən gecəyə qədər davam edən çox gərgin və rəqabətli “Baku Investment Day” müsabiqəsi yekunlaşıb. SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələrinin yaratdığı “Agroficient” startapı 100 min dollar investisiya qazanıb. Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Emil Hüseynli və Malik Sultanov "Baku İnvestment Day"də "Clean Tech" kateqoriyasında suvarmaya qənaət edən hidrogel layihəsi ilə qalib olub. Layihənin elmi rəhbəri Bakı Ali Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, Bakı Ali Neft Məktəbinin məzunu Elmar Əsgərzadədir.
Müsabiqədə 12 komanda qalib gəlib. Onlardan 4-ü Azərbaycana məxsusdur.Azərbaycanın qalib 4 komandasından ikisi isə BANM komandasıdır. Beləliklə, 2 komandası qalib gələn yeganə ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi olub. Digər qaliblər isə xarici ölkə təmsilçiləridir.
Yeri gəlmişkən, “Agroficient” komandası bir neçə gün əvvəl Portuqaliyada Lissabon Qlobal Sammitində keçirilən yarışda da qalib olublar. Londonda baş tutacaq Qlobal Akselerasiya proqramında Azərbaycanı təmsil edəcəklər.
Komandamızı ürəkdən təbrik edirəm", - deyə rektor qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN