DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.

TEZADLAR.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda, diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər”, - müraciətdə bildirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN