HUMANİTAR KOLLECİN DİREKTORU MƏHKƏMƏNİN QƏRARINA NİYƏ MƏHƏL QOYMUR?
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdindəki Humanitar Kollecin 67 nəfərlik müəllim kollektivi direktor Nərmin Qaralovadan şikayətçidir. Neçə gün öncə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş nazirə, təhsil nazirinə və digər dövlət qurumlarına müraciət ünvanlayan şikayətçilər etiraz əlaməti olaraq Milli Məclisin qarşısına toplaşıblar.