AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Universitet muzeyində elm” adlı beynəlxalq ümumrusiya elmi konfransında iştirak edib.

Pin It

Cəlilabadın Babalı kənd sakini Məlikov Elməddin Əliqulu oğlu dövlət başçısına rayon təhsilində baş verən özbaşınalıqlarla bağlı şikayət məktubu ünvanlayıb.

Pin It

Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib.

Pin It

Xuraman Babayeva, Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi 

Məlumdur ki, Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran kadrların formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biri olmalıdır.

Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya meyllərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri kommunikasiya vasitələrindən (yeni informasiya texnologiyalarından) istifadə etməklə şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir. Bu səbəbdən də tədris fənni kimi xarici dilin statusu daha da artır və Azərbaycan Respublikasında Ümumi Təhsilin Dövlət standartlarında nəzərdə tutulmuş məzmunu, təhsilalanlarda formalaşdırılacaq bacarıqlara görə müəyyən edilmiş fənlər arasında özünəməxsus yer tutur.

İngilis dili üzrə müasir təhsil proqramı şagird, müəllim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir tədris vasitəsidir. Bu proqram xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Həmçinin hər bir şagirdin maraq və meyilləri nəzərə alınmaqla onların nitq, dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. İngiis dili təhsil proqramı təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim nəticələrinin reallaşması üçün xüsusi metodikaların seçilməsində mühüm rol oynayır. İnteqrativliyi ilə seçilən xarici dil üzrə təhsil proqramı dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalaşdırılmasını əhatə etməklə, nəticə yönümlü məzmun standartlarına uyğun olaraq, sadədən mürəkkəbə prinsipləri əsasında qurulur, şagird  nailiyyətlərini izləməyə və qiymətləndirməyə imkan yaradır. Məzmun standartları müəyyən edilərkən şagirdlərin idraki, informativ- kommunikativ, kreativ fəaliyyətləri, tənqidi düşüncə, emosional və psixomotor bacarıqları, kompetensiyalara yiyələnməsi nəzərə alınır.

Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir. Xarici dil vasitəsilə müxtəlif xalqlarla ünsiyyət, yeni mədəniyyətlərlə tanışlıq şagirdin yüksək səviyyəli layiqli vətəndaş, yaradıcı və tənqidi düşünən şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Şagirddə ünsiyyət və kommunikasiya əlaqələrini genişləndirir, dünyaya yeni baxışın formalaşdırılmasına zəmin yaradır. Nəzərə alsaq ki, hazırda dünyanın hər yerində insanlar şosial şəbəkələr vasitəsilə çox sıx əlaqə qurur, müxtəlif mövzuları müzakirə edirlər, onda xarici dilin vacibliyi daha əhəmiyyətli şəkildə özünü büruzə verir. Bu gün ingilis dilini bilən şagird, Azərbaycan həqiqətlərinin Avropa və dünyada yayılmasında, öz yaşıdları arasında ölkəmiz haqqında doğun məlumatların çatdırılmasında mühüm rol oynaya bilər. Fikirlərimi əsaslandırmaq üçün bir faktı nümunə göstərmək istəyirəm. Doğma torpqalarımızın 30 illik işğalına son qoyan 44 günlük II Qarabağ savaşı zamanı, Ali Baş Komandan, prezident İlham Əliyev dünyanın 40- a yaxın ölkəsinin jurnalistlərinə ingilis, rus və türk dillərində verdiyi samballı, arqumentli, elmi, tarixi köklərə söykənən müsahibələri, qələbənin qazanılmasında qəhrəman, rəşadətli ordumuz qədər mühüm rol oynadı. Prezident İlham Əliyevin məlum 44 günlük savaş dövründə dünya jurnalistləri ilə səlist ingilis dilində danışması və o müsahibələrin həmin ölkələrdə yayılması, əcnəbilər arasında dövlətimizə qarşı həm böyük maraq oyatmışdı, həm də hər bir xarici vətəndaş, internet vasitəsi ilə Azərbaycan haqqında əlavə məlumatlar əldə etməyə çalışırdı.

Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi- texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması və ümumi təhsil sisteminin dayanıqlı maliyyələşdirilməsinin təmin edilməsidir. Təhsilalanların yaşı, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı, eyni zamanda məhsuldar üzvünə çevrilməsinin təmin olunması da, ingilis dilinin tədrisinə verilən tələbdir. Şəxsiyyətin formalaşması üçün təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, həyati bacarıqlara, dəyərlərə yiyələnməsinin, ümumi təhsil pilləsində verilmiş biliklərin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının, istedadın reallaşması və inkişafının təmin edilməsi də əsas tələb olunan amillərdəndir.

Daima dəyişən həyat şəraitinə uyğunlaşmaq ücün çevik olmaq, yeni şəraitə inteqrasiya olunmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq olduqca zəruridir. Bu çeviklik müəllim fəaliyyətinə çox nüfuz edir. İnnovasiyaların tətbiqində mühüm əhəmiyyət kəsb edən model və yanaşmaları nəzərə alaraq müəllimlər praktikayönümlü təlim seçimi edir və şagirdlərlə iş üzrə texnologiyaları, praktik materialı məqsədyönümlü seçirlər.

STEM, STEAM, STREAM kimi yeni texnologiyaların təhsil prosesinə daxil edilməsi hamımıza bəllidir. Ən geniş yayılmış texnologiyalardan biri STEM (ingiliscə “science”, “technology”, “engineering”, “mathematics” sözlərindən akronim) texnologiyası - tamamilə yeni bir yanaşma irəli sürərək, şagirdin yaradıcı tapşırıq və məsələlərin həlli vasitəsilə elmi, təbiət və texniki fənlərdə biliklər əldə etməsini nəzərdə tutur. STEM əsasında təlim, həm təhsilalanların akademik nailiyyətlərini artırmağa imkan verir, həm də onların gələcək karyerasında vacib olan bilik və vərdişləri aşılayır. Digər texnologiya - STEAM (“Science”, “Technology”, “Engineering”, “Arts”, “Mathematics”) STEM texnologiyasının analoqu olmaqla bərabər, əsas fərqi ondan ibarətdir ki, fənlərin siyahısına incəsənət də daxildir. STREAM (“Science”, “Technology”, “Reading+Writing”, “Engineering”, “Arts”, “Mathematics”) isə fənlərarası kompleks yanaşmadır. Burada innovasiya texnologiyalarının həyata keçirilməsi zamanı fənlərarası inteqrasiya prosesində müəllim və təhsilalanlar tədqiqat fəaliyyətinin nəticəsini layihə şəklində yaradırlar.

Nəzərə alsaq ki, STEM, STEAM, STREAM texnologiyalarının təhsil prosesinə daxil edilməsi ingilis dilini bilmədən imkansız olur. Təbiət fənlərinin tədrisi zamanı öyrənmə mühitinin ingilis dilinə uyğun olaraq təmin edilməsi tələbi yaranır ki, bu prosesi də Bilinqivial təlim texnologiyası vasitəsilə həyata keçirmək məqsədə uyğundur. Bu təlim texnologiyası zamanı virtual laboratoriyalar, müxtəlif zavodlara virtual səyahət mümkün olur, animasiya, videolar şagirdləri cəlb edir, öyrənməni intensivləşdirir, səmərəli və faydalı edir.

Beləliklə, həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və yaşadığı mühitdə səmərəli fəaliyyət görmək və göstərmək yalnız o zaman mümkün olur ki, insan həm həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır, həm də, ən əsası buna can atır, təşəbbüskarlıq edir, uğura gedən yolda daima axtarışlarda olaraq, məqsədinə çatır. Bu zaman başlıca köməkci kimi dərketmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmcinin, şəxsiyyətin əməksevərliyi mühüm  rol oynayır.

Bu tövsiyələri və göstərilən tədris vasitələrini mənimsəmək, ingilis dilini öyrənmək istəyən hər bir şagird üçün çox önəmlidir.

Pin It

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu Goranboy təhsilində baş verən özbaşınalıqlardan şikayətçidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN