"SON 5 İLDƏ AĞSTAFA MƏRKƏZİ XƏSTƏXANASINA 3 BAŞ HƏKİM TƏYİN OLUNSA DA..."
Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhəti ilə əlaqədar 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan kömək olmasa, həyatda varlığı belə sual altında qalar.