Rusiyanın Stavropol diyarında kəskin respirator virus infeksiyası (KRVİ) və qripə yoluxma halları iki dəfə artıb.
Bunu regionun səhiyyə nazirinin müavini Yana Mankeviç deyib.
"Biz insidentlərin artdığını görürük. Əgər son üç həftədən danışsaq, onda kəskin respirator virus infeksiyaları və qrip simptomları olan xəstələrin sayı 18 mindən 32 minə qədər artıb", - Mankeviç bildirir.
Nazir müavini qeyd edib ki, diyarın 27 bələdiyyəsi üzrə epidemioloji həddi artıq 73 faizdən çox keçib, eyni zamanda, xəstələrin əksəriyyətində KRVİ simptomları var.
Onun sözlərinə görə, 680-dən çox laboratoriya tərəfindən təsdiqlənmiş qrip hadisəsi var.
Bundan başqa, o, xəstəxanalarda 1,6 minə yaxın çarpayının yerləşdirildiyini, orta hesabla 2-3 aylıq dərman ehtiyatının formalaşdığını da bildirib.
Qeyd edək ki, Azərbaycanda da son vaxtlar qızdırma ilə müşahidə olunan viris infeksiyası yayılmaqdadır. Bu həm böyüklərdə, həm də uşaqlarda müşahidə olunur.
Xatırladaq ki, ötən gün Operativ Qərərgahın yaydığı məlumata görə, ölkəmizdə 90 nəfərin koronavirusa yoluxduğu bildirilib. 516 nəfər isə aktiv xəstə sayı var.
Y.MƏMMƏDLİ