Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən və Şirin Nizami oğlu Kərimliyə məxsus heyvan kəsimi məntəqəsində keçirilən baxış zamanı iribuynuzlu heyvanın ətinin daxili orqanlarının istehlak üçün yararsız olduğu aşkarlanıb.
Məntəqəyə kəsim üçün gətirilən heyvanda ilkin klinik müayinə zamanı heç bir xəstəlik aşkar edilməsə də, kəsildikdən sonra ətin və daxili orqanların müayinəsi zamanı heyvanın Telerioz xəstəliyinə yoluxduğu müəyyən olunub.
Bununla əlaqədar akt tərtib edilib. Müvafiq qaydalara uyğun olaraq, heyvan cəmdəyi və daxili orqanları məhv edilib. Ərazi dezinfeksiya olunub.