Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, rayon icra hakimiyyətlərinin dəstəyi ilə növbəti təmizlik aksiyaları keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, ETSN-in, yerli icra orqanlarının əməkdaşlarının və könüllülərin iştirakı ilə bu dəfə Xəzər dənizinin şimaldan cənuba doğru sahilboyu əraziləri, eyni zamanda respublikanın bir sıra bölgələrində çay sahilləri tullantılardan təmizlənib. Aksiyalar zamanı toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırır.

AzərTac

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN