İsti yay günlərində çoxumuzun sevimli qidasına çevrilən dondurma süd məhsulu olduğu üçün riskli məhsullar sırasındadır.

Uşaqdan-böyüyə, yaşlısından cavanına qədər, demək olar ki, hər kəs dondurmanı ya sevərək ya da sərinlik üçün qəbul edir.

Marketlərdə və açıq havada satılan dondurmalar isə bəzən yaxşı vəziyyətdə saxlanılmır. Bəzi marketlərdə bunu açıq-aşkar görmək olar ki, ya dondurmanın qablaşdırması bərbad durumdadır, ya da saxlanıldığı soyuducuda onunla bərabər ət və ət məhsulları kimi yerləşdirilib. Bəzən isə dondurma zəhərlənməyə səbəb olur ki, bunun da bir çox səbəbləri var.

Bəs hansı amillərə diqqət edilməlidir ki, dondurmadan zəhərlənməyək?

TEZADLAR.AZ xəbər verir ki, sualı Bizim.Media üçün cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, dondurma alarkən alıcılar onun düzgün qaydada saxlanılmasına və əsasən də paketləşdirilməsində bir neçə amilə diqqət etməlidirlər:

“Dondurmalar yüksək risk qrupuna aid olduğu üçün keyfiyyət önəmlidir. Dondurmanın tərkibindəki əsas qida məhsulları süd, yağ və qaymaqdır. Bunlar keyfiyyətli olduqda və doğru istehsal qaydalarına əsasən hazırlanıbsa, yaxşı olar ki, son istifadə tarixi keçən məhsullardan istifadə olunmasın.

 

Çünki saydığımız məhsullar tez xarab olduğu üçün onlara bir çox imilqatorlar, stalibiqatorlar , aramizatorlar və bir çox korvensantlar vurulur ki, uzun müddət rəf ömrünü saxlasın və keyfiyyəti, dadı, qoxusu və rəngi pozulmasın”.

Mütəxəssis həmçinin istehsalçı və satış yerlərində yol verilən nöqsanlardan söz açaraq, doğru şəraitdə saxlanılmayan dondurmaların, xüsusən həssas qruplardan olan insanlarda müəyyən problemlərə yol aça bildiyini qeyd edib:

“Təbii ki, əgər məhsul doğru şəkildə, düzgün temperaturda və doğru soyuducuda saxlanılmırsa riskli hesab olunur. Eyni zamanda işıqların sönməsi və ya qənaət etmək üçün işıqları bəzən elektriktən ayırıb soyuducunun müvəqqəti söndülməsi halları baş verir. Bu məhsul donu açılıb yenidən dondurulduqda belə tərkibində mikrobioloji çirklənmələr və dəyişikliklər baş verir ki, bu da zəhərlənməyə səbəb olur.

Eyni zamanda mal qonşuluğu prinsipi pozulduqda , düzgün şəkildə saxlanılmadıqda dondurma ilə birlikdə digər qida məhsulları saxlanılan soyuducuda da mütləq çarpaz çirklənmə olur ki, bu da məhsulun tərkibinin dəyişməsi və bir çox zərərli bakteriyaların çoxalmasına gətirib çıxarır. İnsanlar elə dondurmaları qəbul etdikdən sonra qusma, ishal, ürək bulanması, şişkinlik, köp, bağırsaqlarda mikrofloranın pozulması və həzimsizlik kimi problemlərlə rastlaşırlar.

Yaxşı olar ki, paketlənmiş məhsulları aldıqda paket pozulmamış olmasına diqqət edilsin. Həmçinin dondurmanı yeyərkən buz kristalları ilə rastlaşırıqsa, məhsul ağızda qum kimi ovulursa və xoşagəlməz dadı varsa, bu dondurmanın xarab olmasının əlamətləridir.

Mütləq şəkildə paketin üzərində istehsalçı şirkətə aid bütün məlumatlar tam səkildə yerləşdirilməlidir ki, hər hansı xoşagəlməz hallar olduqda müraciət etmək üçün ünvan bəlli olsun. Eyni zamanda, etiketdə məlumatlar və məhsulun içindəki inqiridentlər də tam şəkildə göstərilməlidir”.

Məshəti Hüseynova açıq havada satılan dondurmaların yarada biləcəyi təhlükələrdən də söz açıb:

“Açıqda satılan dondurmalar var ki, ən çox risk qrupuna aid olan onlardır. Xüsusilə də, əgər sadə dondurmadırsa, bunu uzun müddət saxlamaq olar, amma meyvəli və ya qarışımlardan yəni dadlandırıcı olaraq şokolad, aramizatorlardan digər qatqılardan istifadə olunubsa, belə dondurmaların saxlanma müddəti çox azdır.

Xüsusən, tərkibinə meyvə qatılıbsa, dondurmanın saxlama müddəti 3 günü keçməməlidir. Yaxşı olar ki həmin məhsullar günəş şüaları altında saxlanılmasın. Əks halda, tərkibində milribioloji çirklənmələr olur ki, belə məhsulları qəbul edən həssas yaş qrupunda olan uşaqlarda ,xroniki xəstəliyi olanlarda və eyni zamanda yaşlı insanlarda öz mənfi təsirini göstərir.

Bəzən insan gün ərzində fərqli qidalarla qidalandığı üçün hansı məhsuldan zəhərləndiyini və hansı məhsulun pis təsir etdiyini bilmir. Buna görə də dondurmanı mənşəyi, keyfiyyəti bəlli olan yerlərdən almaq lazımdır.

Eyni zamanda dondurmanı gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbul etmək faydalıdır. Günün birinci yarısında qəbul olunması isə dondurmanın enerjiyə çevrilməsinə səbəb olur. Axşam saatlarında qəbul olunduqda kalorili olduğu üçün qaraciyər yağlanması və piylənməyə səbəb olur ki, bu məqamlara da diqqət yetirmək vacibdir”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN