Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Goranboy şəhərinin A.Mustafayev küçəsi 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Fuad Məmməd oğluna məxsus bazarda yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı bazarda qida sahəsində normativ hüquqi sənədlərin tələblərinə cavab verməyən qida məhsullarının satışının həyata keçirildiyi, xüsusi risk qrupuna aid məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, qida məhsullarının etiket məlumatlarının və müşayiətedici sənədlərinin mövcud olmadığı, həmçinin müvafiq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, satış sahələrində qida məhsulları ilə təmasda olan masaların asan yuyula və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, işçi heyətin məcburi tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, bazarın fəaliyyəti məhdudlaşdırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN