Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, dünyada hər an yeni pandemiya başlaya bilər.
Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Hazırkı [quş qripi] H5N1 epidemiyası bizə xatırlatdığı kimi, növbəti pandemiya az qala yaxında ola bilər”, - ÜST-nin baş direktoru deyib.
Əvvəllər məlum olub ki, Batır Berdıklıçev Rusiyada ÜST-nin nümayəndəsi kimi fəaliyyətə başlayıb. Berdıklıçev ÜST ofisinin rəhbəri təyin olunmazdan əvvəl təşkilatın Avropa Regional Bürosunda işləyib. Bundan əlavə, o, ÜST-nin Belarus Respublikası və Türkiyədəki ölkə ofislərinə rəhbərlik edib.
2023-cü ilin iyulunda Dövlət Dumasının deputatı Pyotr Tolstoy Rusiyanı ÜST-dən çıxmağa çağırıb. Parlamentari qeyd edib ki, qurum Rusiyaya qarşı sanksiyaları, o cümlədən Moskvada qeyri-infeksion xəstəliklərin qarşısının alınması ofisinin bağlanmasını dəstəkləyib.
E.ŞİRİNOV