Arktika Üzən Universitetinin alimləri Şimal Buzlu Okeanın adalarından unikal nümunələri araşdırıb və onlarda nəhəng viruslar aşkar ediblər.

Tezadlar.az bu barədə nauka.rf-yə istinadən xəbər verir.

Məqalədə qeyd olunur ki, aşkar edilən viruslar adi viruslardan 30 dəfə böyük olub.

Beləliklə, koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virionunun ölçüsü 50 ilə 200 nanometr arasında dəyişir və tapılan nəhəng virusun uzunluğu 1500 nanometrə çatır və adi mikroskopla görünə bilər.

Bundan əlavə, nəhəng virusların çox mürəkkəb genomları var.

Qeyd edilir ki, nəhəng virusların mənşəyi və necə təkamülləşdiyi hələ aydın deyil və onların insanlar üçün təhlükə törətməsi də aydın deyil.

Ekspertlərin fikrincə, bu istiqamət biologiyada sıçrayış ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN