Gürcüstan dünyada əhalinin hər milyon nəfərə olan koronavirusdan ölüm sayına görə 2-ci, Azərbaycan isə 63-cü yerdədir.
Gürcüstanda əvvəlki günlə müqayisədə ötən gün koronavirusa yoluxma sayında xeyli azalma müşahidə edilmişdi – cəmi 986 yoluxma. Lakin
bununla belə 71 nəfər də həyatını itirmişdi. Bir gün öncə isə ölkə üzrə virusa yoluxma sayı 1661nəfər idi.
Dünənlə müqayisədə isə bu gün yoluxma sayı iki dəfədən çox artıb. Belə ki, son sutka ərzində yoluxanların sayı 2676 nəfərə çatıb.
Xatırladaq ki, 4 milyonadək əhalisi olan Gürcüstanda indiyədək əhalinin 1 341 907 nəfəri, yəni 33, 73%-i peyvənd olunub. Onlardan 1 124 908 nəfəri, yəni 28%-i isə hər iki peyvəndi vurdurub.
Qeyd edək ki, Covid-19 üzrə həftə ərzində aparılmış statistik göstəricilərə görə, Gürcüstan dünyada əhalinin hər milyon nəfərə olan koronavirusdan ölüm sayına görə 2-ci, Azərbaycan isə 63-cü yerdədir.
Koronavirusla bağlı həmin statistik göstəricilər isə belədir: