"Omikron" ştamına yoluxan bəzi insanlarda koronavirus testinin cavabı mənfi ola bilər".

"ABC news" xəbər verir ki, bunu Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının mütəxəssisi Con Braunşteyn deyib.

"Omikron" BA.2 koronavirusunun tanımaq orijinal "omikron" BA.1-dən daha çətindir. Adi COVID-19 testləri müsbət və ya mənfi nəticə göstərə bilər, lakin onlar spesifik alt növü müəyyən edə bilməz. "Omikron" mürəkkəb genetik xüsusiyyətə malikdir", - həkim deyib.

Tibb mütəxəssisi qeyd edib ki, PCR testlərin yenidən işlənməsi "omikron"un yeni tiplərini aşkarlamağa kömək edəcək.

Koronavirusun "omikron" ştamı və ya B.1.1.529 noyabr ayında Botsvana və Cənubi Afrikada tapılıb. Mütəxəssislərin fikrincə, xəstələnmiş və peyvənd vurulmuş şəxslər buna yoluxa bilər. Yeni variant artıq 110 ölkədə müəyyən edilib. "Omikron" əvvəlki "delta" ştamına nisbətən daha sürətli yayılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN