"“Gürcü arzusu” ilə müzakirə oluna biləcək yeganə şey yeni seçkilər və hakimiyyətin dinc yolla ötürülməsidir".

Tezadlar.az Gürvüstan mediasına istinadla xəbər verir ki, bu barədə “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, “Dəyişikliklər Koalisiyası” parlamentə daxil olmamaq üçün bütün hüquqi yollardan istifadə edib: "Biz qəsdən bütün hüquqi yollardan istifadə etdik ki, heç kim bizə parlamentə girin deməyə belə cürət eləməsin. Artıq bu, hüquqi cəhətdən mümkün deyil. Biz parlamentə girmirik!”, - deyə Qvaramiya bildirib.

Məlumat üçün bildirək ki, müxalifət partiyaları 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır və ölkədə yenidən seçkilərin keçirilməsini tələb edirlər.

Ölkədə siyasi gərginlik isə durmadan artır. Rusiya və Qərb meyilli qüvvələrin mübarizəsi yaxşı heç nə vəd etmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN