Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 750 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 741 nəfər müalicə olunaraq sağalıb, 9 681 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.
Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 6 685 296 test aparılıb.