Rusiyanın üç bölgəsində koronavirusa yoluxma hallarında artım qeydə alınıb.
Bu gün “Rospotrebnadzor”un saytında verilən məlumata görə, ölkənin 45 bölgəsində də xəstələnmə sayı orta göstəriciləri üstələyib.
Qeyd edilib ki, xəstəlik 12,4% hallarda üç subyektdə - Moskvada - 5,1%, Sankt-Peterburqda - 5% və Moskva vilayətində - 2,3% , qalan 87,6% isə digər bölgələrdə baş verib.
“Rospotrebnadzor”un rəhbəri Anna Popova da bildirib ki, ölkədə xəstələnmə nisbəti hələ də yüksək olaraq qalır və hazırkı xəstələnmə nisbəti ötən ilin eyni dövrünün göstəricisini üstələyir.
O da qeyd edilir ki, Rusiyada son bir həftədə koronavirusa yoluxma halları 25,6% azalıb. Eyni zamanda, son iki həftə ərzində Rusiyada "omicron" BA.2 və ya "stels-omicron" koronavirusunun alt ştammının üstünlüyü müşahidə olunub - onun payı artıq 80%-ə yaxındır.
İkinci yeri isə BA.1 alt ştammının tutduğu və bunun da təxminən 12% təşkil etdiyi bildirilir.
Göründüyü kimi, artıq Rusiyada koronavirusun yeni ştammı dominantlıq edir.
Xatırladaq ki, bir neçə gün öncə Çində koronavirusun "omikron" ştamının yeni alt növü növ - BA.1.1 müəyyən edilib və onun əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmədiyi bildirilib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda COVİD -19-la bağlı vəziyyət sevindiricidir. Belə ki, ötən gün koronavirusa cəmi 6 nəfər yoluxub, aktiv xəstə sayı da 329 nəfərədək azalıb.
Əlbəttə, bütün bunlara baxmayaraq, vətəndaşların sağlamlıqları naminə yenə də koronavirusla bağlı tələblərə, şəxsi gigiyena qaydalarına riayət etməsi mütləqdir.
Xatırladaq ki, index minfin-in 30.03.2022 - ci il tarixinə olan məlumatına görə, əhalisinin sayı 146 044 min nəfər olan Rusiyada tam peyvənd (2 doza) olunanların sayı 72 847 646 nəfərə (yəni əhalinin 49, 88%) çatıb.
Əhalisinin sayı 10 milyondan bir qədər yüksək olan Azərbaycanda isə (minfin-in bu günə olan məlumatına görə) tam peyvənd olunanların sayı 4 827 901 nəfərədək (yəni əhalinin 46,88 %-i) yüksəlib.
Həmçinin Azərbaycanda büster doza alanların da sayı 3 106 035 nəfərə (yəni 30,16 %) çatıb.
JASMİN