Koronavirusdan müalicə edilmiş tanınmış QHT rəhbəri “Təzadlar”a maraqlı açıqlamalar verdi...

Tahirə Şuşalı: “Əlbəttə, belə bir yüksək şərati olan Mərkəzi Gömrük Hospitalının yaradılması, ən müasir tibbi avadanlıqlarla təmin edilməsi, bacarıqlı həkimlərin bura cəlb edilməsi və s. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin yorulmaz fəaliyyətinin nəticəsidir” 

Koronavirusa yoluxma sayı azalsa da, hələ tam arxayınlaşmaq olmaz. İndi də deyirlər yeni bir virus peyda olub və onun da yolunu “səbrsizliklə” gözləməkdəyik.

Çox təəssüf ki, bu xəstəlik bir çox tanıdığımız və tanımadığımız insanların ömrünə son qoydu. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin! Amma heç cürə ehtiyatı əldən vermək olmaz. Ümumiyyətlə, götürəndə koronavirusla bağlı maarifləndirmə işi yetərincə deyil. Bu qədər ölüm-itim ola-ola, hələ də insanlar tanıyıram, deyir ki, “əşi, boş şeydir”. Təbii ki, bu cür yanaşma nəinki həmin adamın özünü, hətta ailəsini, uşaqlarını belə də təhlükə altına qoyur. Əgər bütün dünya, suni yaradılmış olsa belə, bu xəstəliklə mübarizə aparırsa, deməli, məsələ heç də boş deyil.

Elə bu yazıda da tanıdığımız bir insanın xəstəliklə bağlı yaşadığı hissləri və xəstəlik dövründə hansı əzablardan keçdiyi barədə Sizləri də tanış etmək istəyirəm. İnanıram ki, bu yazını oxuyandan sonra, koronavirus xəstəliyinə əhəmiyyətsiz bir şey kimi baxmayacaqsınız.

***

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri, şairə Tahirə Şuşalı (Məmmədova) bu xəstəlikdən əziyyət çəkənlərdən biri olub. Onun özü də xəstəliyin ilk günlərində “boş şeydir”-deyərək, əhəmiyyət verməyib. Lakin sonra nə baş verdi? Yaxşı olar ki, bu barədə Tahirə Şuşalının özünü diləyək:

- Mən ilk günlər bunu adi soyuqdəymə kimi qəbul edib, əhəmiyyət vermədim. Ev şəraitində müxtəlif iynə-dərmanlar, prosedurlar qəbul etdim. Lakin buna baxmayaraq, vəziyyətim getdikcə ağırlaşdı. Məni təcili Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Hospitalına yerləşdirdilər. Burada olduğum müddətdə nələr yaşadığımı göydə Allah, yerdə həkimlər və ailəm bildi. Gah suni tənəffüs aparatına qoşuldum, gah özümdən getmişəm, gah da özümə gəlib harada olduğumu dərk edə bilməmişəm. Elə bilirdim mən artıq bu dünyada yoxam. Dəhşətli ağrılar içində qovrulurdum. Məni bu dünyaya yenidən demək olar ki, DGK-nın bacarıqlı həkimləri qaytardılar.

***

Tahirə Şuşalı DGK-nın Mərkəzi Gömrük Hospitalında onun qulluğunda duran, hər an onun vəziyyəti ilə maraqlanan və müxtəlif müalicələr təyin edən həkimləri minnətdarlıqla yad edir. Eyni zamanda bu xəstəxanadakı yüksək şəraitdən və burada istifadə olunan ən müasir tibbi avadanlıqlardan ağız dolusu söhbət açır: “Mən bir çox xarici ölkələrdə olmuşam, onların xəstəxanalarında cərrahiyyə əməliyyatı da keçirmışəm. İnanın ki, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalında olduğum müddətdə, elə bildim ki, mən Avropanın ən məşhur xəstəxanalarından birindəyəm. Burada kimliyindən asılı olmayaraq, hər bir xəstəyə çox böyük diqqət və qayğı ilə yanaşırlar. Əlbəttə, belə bir müasir tipli Mərkəzi Gömrük Hospitalının yaradılması, ən müasir tibbi avadanlıqlarla təmin edilməsi, bacarıqlı həkimlərin bura cəlb edilməsi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin yorulmaz fəaliyyətinin nəticəsidir.  Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov hər gün şəxsən xəstələri ziyarət edir, müalicəsi ilə maraqlanır və baş həkim kimi lazımı  tövsiyyələrini verir. Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov hər gün xəstələrin şəraiti, təchizatı və müalicəsi ilə maraqlanır. Hər bir xəstəyə öz doğmaları kimi yanaşırlar. Müalicə həkimləri Mədinə xanım Abdullayeva, Nazilə xanım Hüseynova o qədər həssas və xoşrəftarlı insanlardır ki, onları görəndə adam öz xəstəliyini yaddan çıxarırdı, ağri-acısını unudurdu. Bu yerdə məşhur rus həkimi, nevroloq və obyektiv psixologiyanın atası sayılanVladimir Mixayloviç Bexterevin bir fikrini yada salmaq istəyirəm: “Həkimlə söhbətdən sonra xəstə özünü yaxşı hiss eləməsə, deməli, o həkim deyil”. Mən burada həkimlərlə etdiyim söhbət zamanı o qədər özümü rahat hiss edirdim, bunu sözlə deməkdə çətinlik çəkirəm. Hərdən məndə belə bir hiss yaranırdı ki, burada neyləyirəm, bura niyə gəlmişəm? Deməli, bu hospitalda işləyən həkimlərin hər biri öz peşəsini sevən, bacarıqlı, əsl həkimlərdir ki, onlarla söhbətdən sonra xəstə özünü, doğrudan da rahat hiss edir. Ən müasir avadanlıqlarla təmin olunmuş laboratoriyada isə, öz işinin peşəkarı olan, bacarıqlı həkimlər və tibb bacıları fəaliyyət gostərirlər. Burada hər gün məndən və digər xəstələrdən qan analizləri götürülür və yoxlanılırdı. Həkimlərdən əlavə, burada işləyən tibb bacıları və xadimələr belə, xəstəyə o qədər həssasızlıqla yanaşırlar ki, bəzən adam özü utanırdı. Hər an gəlib nəyinsə lazım olub-olmadığını, halımı soruşurdular. Həm geyim paltarları, həm də yataq dəstləri gün ərzində ən azı iki dəfə dəyişilirdı. Hər dəfə də sterillə olunmuş və ütülü vəziyyətdə yenisi ilə əvəz olunurdu. Hər yerdə elə bir səliqə-sahman hökm sürür ki, bəlkə də evimizdə heç belə təmizlik yoxdur. Burada bir maraqlı məqamı da müşahidə elədim. Deməli, hər palatada neçə xəstə varsa, onların ayrıca daxili telefon nömrələri mətbəxdə qeyd olunub. Hər xəstənin səhhətinə uyğun ayrıca yemək bişirilir. Özü də zəng edib soruşurlar ki, hansı yeməkləri və meyvə şirələrini istəyir? Ola bilər birinin şəkər, digərinin qan təzyiqi, başqa birinin mədəsində xəstəliyi ola bilər. Ona görə də, hər xəstənin səhhətinin qəbul edə biləcəyi yeməklər hazırlanır. Yeməklərlə bərabər, müxtəlif meyvələr, təbii şirələr, çay, hətta yanında limon və konfetlər də xəstələrə təqdim olunur.

Bütün bunlara heyran qalmamaq olmurdu. Mən demək olar, 24 saat ərzində tam qayğı və diqqətlə əhatə olunmuşdum. Həkimlərin və digər tibbi persanalların bacarıqları və xoş rəftarları sayəsində mən bu mənfur koronavirus xəstəliyinə 8 gün ərzində qalib gəldim. Onu da deyim ki, Mərkəzi Tibbi Hospitalında müalicə olunduğum 8 gün ərzində, keçirdiyim ağrılara baxmayaraq, mənə göstərilən qayğı və diqqətin, həmçinin yaradılan yüksək şəraitin nəticəsində elə bildim ki, 8 gün hansısa istirahət məkanında dincəlmişəm. Məhz, bunun nəticəsidir ki, xəstəlik 8 gün ərzində ram edildi. Bu səbəbdən yuxarıda DGK-nın Mərkəzi Gömrük Hospitalının rəhbərliyindən tutmuş sadə xadimələrə qədər, bütün tibbi personala dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

İnanırıq ki, bütün yaradılan belə yüksək şəraitə baxmayaraq, insanlarımız xəstəlikdən qorunmaq üçün bütün tibbi gigeynik qaydalara əməl edərək, xəstələnməyəcəklər. Göründüyü kimi, koronavirus heç də “boş şey” deyilmiş. Bu xəstəliyə çox ciddi yanaşmaq lazımdır. Necə deyərlər, hakimlə həkimdən nə qədər uzaq olsanız, bir o qədər yaxşı olar və başınız salamat qalar...

Sağlam olun!

Hazırladı: Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN