Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 804 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.
Ölkədə son sutka ərzində 1 667, hazırkı dövrədək isə 6 820 672 test aparılıb.