Dünyada koronavirusa yoluxanların sayı 517 milyon nəfəri keçib.
Bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 517 099 297 nəfərə, koronavirusa yoluxanlardan 6 250 668 nəfərə çatıb.
Məlumata əsasən, ən çox yoluxma və ölüm halları ABŞ (81 858 744 yoluxma halı və 997 503 ölüm halı), Hindistan (43 102 194 və 524 064), Braziliya (30 558 530 və 664 361), Fransa (29 119 127 və 147 707), Almaniya (25 295 950 və 136 533) və Böyük Britaniyada (22 292 118 və 176 860) qeydə alınıb.