IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə

Kolumbiya Universitetinin professoru Jeffrey Sachs bildirib ki, ilk vaxtlar koronavirusun təbii yolla ortaya çıxdığını düşünüb, amma pandemiyanın sonunda bu virusun ABŞ-dakı laboratoriyadan sızma ehtimalının da ola biləcəyi qənaətinə gəlib.

Professor ABŞ və Çini indiyə qədər bu virusun mənşəyi ilə bağlı şəffaf olmamaqda günahlandırıb.

Qeyd edək ki,  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da IX Qlobal Bakı Forumu çərçivəsində koronavirusla bağlı məsələyə toxunub. O, qeyd edib ki,  pandemiya başlayandan Çin və ABŞ bir-birini ittiham edib. Və o, Çinə səfəri zamanı səlahiyyət sahiblərinə  koronavirusun mənşəyinin araşdırılması ilə bağlı əməkdaşlıq təklif edib. Lakin Çin tərəfi ABŞ laboratoriyalarının da araşdırılmasını tələb edib.

Qebreyesus virusun mənşəyini öyrənmək üçün şəffaf şəkildə əməkdaşlığa ehtiyac olduğunu bildirib.

 Belə məlum olur ki, koronavirus  bəlasının süni yolla yaradılması və bilərəkdən, yaxud bilməyərəkdən (?) yayılması barədə fərziyələr özünü doğrultmaqdadır.

Qalır həmin “mətbəx”in kimə məxsus olduğunu dəqiqləşdirmək.

Əgər buna imkan verilsə…

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN