Bu sözlər tanınmış politoloq Azad Məsiyevin "Təzadlar" a açıqlamasındandır. A.Məsiyevlə bəzi suallara aydınlıq gətirməyə çalışdıq:

-Azad müəllim, verilən məlumata görə, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri görüşəcəklər. Bir gün sonra, noyabrın 11-də isə liderlər bir araya gələcək. Ümumilikdə TDT yeni dünya düzənində yeri necə olacaq?

-Sualinıza bir qədər geniş cavab vermək istərdim. Rusiya-Ukrayna münaqişəsindən sonra dünya yeni siyasi stiuasiya ilə qarşılaşıb. Daha dəqiq desəm, dünya yenidən siyasi formata köklənib. Belə olan təqdirdə münaqişənin nəticəsindən asılı olaraq dünyada yenidən qütbüləşmə prosesi başlayacaq. Bu baxımdan  dünyanın yenidən qütbüləşməsi prosesində yeni münaqişə ocaqları yarana  bilər. Dünyada münaqişə ocaqlarının  qarşısını almq ücün yeni güc mərkəzlərinin olmasına ehtiyac duyulur. Artıq dünya Avropa sivilizasiyasının  vurduğu fəlakətləri yaşamaqdadır, I-ci, II-ci, hətta  demək olar ki, de-fakto III-cü dünya müharibəsi də Avropanın mərkəzində gedir. Bu üç dünya müharibəsi bəşəriyyətə 10 milyonlarla insanın ölümünə səbəb olub, hazırda da münaqişənin yaratdığı gərginlik, hətta nüvə müharibəsinə apara biləcək tentesiyadan xəbər verir. Avropanın mərkəzində Rusiya-Ukrayna münaqişəsi dünya siyasətində, iqtisadiyyatında dünyanın sabitliyini pozub. Bir sözlə, deyə bilərik ki, Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaradır. Belə olan təqdirdə dünya yeni siyasi formasiyaya köklənməkdədir və bu prosesdə Türk Dövlətləri Təşkilatının  (TDT) bəşəriyyətə böyük töhfə verə bilər. Yəni, Turan Sivilizasiyası bəşəriyyətə ədalət gətirə bilər. TDT-ın genişləndirilmiş əməkdaşlığına ehtiyac var, belə olan təqdirdə bu təşkilat dünyada gedən mənfi proseslərin önünə keçməklə, münaqişələrin söndürülməsində, dağıdıcılığın qarşısını almaqda təşəbbüs  göstərə bilər. Necə ki, Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülhlə nəticələnməsində rol oynamaqdadır.


-Sizcəş TDT ölkələri arasında mənəvi, iqtisadi və siyasi inteqrasiyanın sürətləndirilməsi Turan Sivilizasiyasının yeni müstəvidə əsasını qoya bilərmi?

-Mənəvi inteqrasiya -Türkdilli xalqların mədəni əlaqələrinin inkişafı, ortaq dil vahidinin formalaşması, ortaq ideologiyanın  formalaşmasıdır. Və Turançılıq fəlsəfəsinin inkişafını Türk xalqlarına aşılamaq, mövcud dəyərləri qorumaqla inkişaf etdirmək çox vacibdir. İqtisadi inteqrasiya -TDT-nin üzv ölkələrinin iqtisadi münasibətlərini sürətləndirmək, maliyyə- pul vahidini əlaqələndirmək, ortaq pul vahidini dövriyyəyə buraxmaq, ortaq pul ödəniş  sisteminin yaradılması və.s  kimi dəyərləri özündə əks etdirir. Siyasi inteqrasiya isə TDT-nin üzv ölkələrinin bir millət -bir ittifaq halına gətirmək, Türan İttifaqını formalaşdırmaq, ortaq parlament  sisteminin təşkili və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, daha da dərinləşdirilməsi və s. perspektivləri hərtərəfli nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında15 iyun 2021-ci il tarixində Şuşada imzalanan "Şuşa bəyənnaməsi" kimi bir mühüm sənəd həm də TDT-yə üzv ölkələr arasında  imzalanmalıdır. Bu sənəd Turan Sivilizasiyasının əsasını təçkil edərdi. Azərbaycan-Türkiyə əlaqələri TDT daxilində Turan ittifaqının əsasını qoya bilər, bu əlaqələr hamı üçün nümunə olacaq. Bir sözlə, Turan sivilizasiyası zamanın tələbindən qaynaqlanır. Bilirsiniz ki, artıq dünya Türkiyə prezidentinin simasında  Türkün ədalətini görməkdədir. BMT-nin əldə edə bilmədiyini Türkiyə prezidenti Ərdoğan təkbaşına Türkiyə adına edir və dünyanı qismən də olsa aclıqdan qurtarır. Yəni, Ukrayna taxılının müharibə zonasından dünya bazarına təhlükəsiz çıxmasına nail olur.  Türkiyə prezidenti Ərdoğanın Rusiya prezidenti Putinlə dosluq münasibəti bir çox dünyəvi problemlərin həllinə səbəb olmaqdadır. Hesab edirəm ki, Turkiyə-Rusiya dosluğu Turan Sivilizasiyasının inkişafına da təkan verəcək. Bu baxımdan TDT-yə üzv dövlətlər Turkiyə və Rusiya  dövlətlərinin, o cümlədən hər iki dövlət başçılarının dosluq münasibətindən nümunə götürməli, bu münasibətlərin qorunmasında və inkişafında maraqlı  olmalıdırlar...

Dinlədi: A.Məmmədli




Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN