Telegram qəzaları bazar ertəsi Rusiyada müşahidə olunur.
Məşhur internet resurslarının işini izləyən Brand Analytics bildirib ki, qəza detektoru səhifəsində yerləşdirilən məlumatlardan belə çıxır.
Moskva vaxtı ilə saat 09:45-ə olan məlumata görə, problemlə qarşılaşan istifadəçilərin 55%-i Telegram-ın işləmədiyini, 23%-i mesajların göndərilməsində çətinlik çəkdiyini, 13%-i mesajların qəbulunda problem olduğunu bildirib.
Xidmət xüsusilə mesajların göndərilməsini ləngidir, bəzi istifadəçilər yeni mesajlar barədə bildiriş almırlar.
Xidmətin nasazlığı ilə bağlı ən çox bildirişlər Sankt-Peterburq, Volqoqrad və Moskvadan gəlir.
E.ŞİRİNOV