“Facebook” bu gün bəzi istifadəçilərdə izləyici sayında baş verən kütləvi azalmalara aydınlıq gətirib.
"Facebook" rəsmisi baş verənlərin sistemin yenilənməsi ilə deyil, adi texniki səhv ucbatından olduğunu açıqlayıb.
Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.
“Amma bəzi mənbələr baş verənləri Facebook-un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib”, -deyə o, vurğulayıb.
Ekspert qeyd edib ki, bir həftə öncə bəzi ABŞ media qurumlarının hesablarında da belə bir problem baş vermişdi .
“Ümumiyyətlə, son zamanlar “Facebook” hesabatlarından görsənirdi ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb.Son yarım ildə hətta milyarddan çox saxta Facebook profilinin silindiyi bildirilirdi”, - ekspert bildirib.
Y.MƏMMƏDLİ