2022-ci ilin sonunda qlobal miqyasda dövlət borcu 91% təşkil edəcək.

Bu, koronavirus pandemiyası başlamazdan əvvəl qeydə alınan rəqəmdən 7,5% çoxdur. Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabrın 12-də dərc olunmuş “Vergi monitoru” adlı hesabatında irəli sürülmüş proqnoz belədir. Hesabatda göstərilir ki, dünya iqtisadiyyatında inflyasiya şoklarının aradan qaldırılması ilə bağlı dövlət borcunun azalmasından sonra borcun artması yenidən bərpa olunub. 2022-ci ildə ABŞ-da dövlət borcu həcminin ÜDM-in 122,1%-ni, Avrozona ölkələrində ÜDM-in 93%-ni, G20 ölkələrində 122,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Oktyabrın 11-də BVF 2023-cü il üçün qlobal ÜDM proqnozunu 2,7%-ə endirib ki, bu da iyul ayı proqnozundan 0,2% aşağıdır. BVF dünyadakı inflyasiya göstəricisinin 2022-ci ildə 9,5%-ə çatacağını, 2024-cü ilə qədər isə 4,1%-ə enəcəyini proqnozlaşdırır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN