Bu gün Rusiyada "Telegram" messencerinin işində nasazlıqlar müşahidə olunur. Bu, məşhur internet resurslarının işinə nəzarət edən Brand Analytics uğursuzluq monitorinqi sisteminin məlumatlarından irəli gəlir.

Moskva vaxtı ilə saat 11:45-ə olan məlumata görə, problemlə qarşılaşan istifadəçilərin 77%-i messencerin işləmədiyini, 14%-i proqramda fasilələrdən, 5%-i mesajların qəbulunda çətinliklərdən şikayətlənib. Ən çox şikayətlər Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Donu, Krasnodar, Ufa və Xabarovskdan daxil olub.

Bundan əvvəl bir sıra ölkələrdə “Whatsapp” messencerində nasazlıqlar barədə məlumat verilmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN