Xəbər verildiyi kimi, dünən vatsap istifadəçiləri bir neçə saat bu xidmətdən kənarda qalmalı oldu...
Məlum olur ki, "Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini belə açıqlayıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, açıqlamada sən demə bu "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olub. Şirkət problemin həll olunduğunu və yaranan narahatlığa görə üzr istədiklərini qeyd edib.
Dünən 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib. Bu texniki problem bir dəfə də olub və "WhatsApp" 6 saat işləməyib.
Bu gün bu xidmət aktivdir, normal fəaliyyət göstərir.
İnformasiya təhlükəsizliyi baxımından bu ciddi məsələdir və sahəyə cavabdehlərimiz bunu mütləq qaydada nəzərə almalıdır.
A.Məmmədli