Türkiyənin “Baykar” şirkəti Ukraynada öz istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.

TRT-nin məlumatına görə, bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb.

“Hazırda memarlıq və detallı layihələndirmə mərhələsi tamamlanıb. İki il ərzində bunu başa çatdırmaq istəyirik”, - deyə Haluk  Bayraktar söyləyib.

Qeyd edək ki, ''Baykar'' şirkəti Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl Ukraynada  ''Bayraktar TB2''rin istehsal ediləcəyi obyektin tikintisi üçün hərəkətə keçmişdi.
Haluk Bayraktar Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən fasilələrin yaşandığını, lakin obyektin tikintisində irəliləyişin əldə olunduğunu bildirib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN