Aİ-nin sanksiyaları altında olan 1350 şəxsin və təşkilatın aktivləri dondurulub.

Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib ki, Avropa İttifaqı bu günə kimi Rusiyanın 17,5 milyard avroluq aktivlərini dondurub.

 Bu barədə Avstriyanın ictimai yayımı ORF məlumat yayıb.

 "Biz irəliləyiş əldə etmişik, apreldə biz təxminən 6,7 milyard avro ilə başlamışıq və bu gün bu məbləğ artıq 17,5 milyard avrodur", - Avropa Komissiyasının nümayəndəsi bildirib.

Viqandın sözlərinə görə, Aİ-nin sanksiyaları altında olan 1350 şəxsin və təşkilatın aktivləri dondurulub. Belə şəxslərin hesabları, daşınmaz əmlakı və yaxtaları Aİ-yə üzv dövlətlər tərəfindən izlənilir və dondurulur.

 Qeyd edək ki, adı çəkilən məbləğin böyük hissəsini AB-ın 7 ölkəsi dondurub. Bunlar Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyadır. Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, bu tendensiya təkcə Rusiyanın bu ölkələrdəki mülkiyyəti ilə deyil, həm də hakimiyyət orqanlarının işi, eləcə də sanksiyaların effektiv həyata keçirilməsi ilə bağlıdır.

 Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra  Qərb, Aİ ölkələri Rusiyaya, həmçinin bu ölkənin bəzi vətəndaşlarına qarşı minlərlə sanksiya tətbiq edib.

Lakin bütün bu sanksiyalara baxmayaraq, Ukraynada müharibə davam edir...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN