İran yeni hipersəs silahı - səs sürətini keçə bilən və raket əleyhinə müdafiə sistemini məhv edə bilən ballistik raket yaradıb.
Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, İran ilk hipersəs ballistik raketini hazırlayıb. Bu barədə Bloomberg məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı Əmirəli Hacızadənin sözlərinə görə, bu silah düşmənin raket əleyhinə müdafiə sistemini məhv etmək üçün həll yoludur və raket istehsalında böyük sıçrayışdır. Məlumatda bildirilir ki, hipersəs silahları səs sürətindən beş dəfə çox sürətlə hərəkət edə bilir. Yeni raketlə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Bu açıqlama ABŞ-ın noyabrın 1-də Rusiyanın Tehrandan artıq alınmış dronlara əlavə olaraq, Ukraynada istifadə üçün İrandan yer-yer tipli raketlər ala biləcəyindən narahat olduğunu bildirməsindən sonraya təsadüf edir. Məlumdur ki, İranın inqilab keşikçiləri şənbə günü Ghaem-100 adlı daşıyıcı raketi kosmosa göndərib.
Hesab etmək olar ki, yeni raketin nümayişi İranın ABŞ-a hədəsi və xəbərdarlığı mənasını ifadə edir...
A.Məmmədli