TikTok sosial şəbəkəsində Qazaxıstan Respublikasının Rusiyaya raketlərin yığılması üçün komponentlər verdiyini iddia edən rolik yayılıb.
Lakin yayılan məlumatı Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi təkzib edib.
“Rusiya Federasiyasına raketlər üçün komponentlərin tədarükü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Raketlər üçün nəzərdə tutulan bu komponentlər “İxrac nəzarəti haqqında” Qazaxıstan Respublikasının Qanununa uyğun olaraq, ixrac nəzarəti tədbirlərinin tətbiq olunduğu hərbi məhsullardır", - məlumatda deyilir.
Qeyd edilib ki, "Raket texnologiyasında istifadə üçün mümkün olan komponentlərin təyin edilməsi /edilməməsi” amilinin müəyyən edilməsi ixraca nəzarət mexanizmləri çərçivəsində həyata keçirilir və hər hansı ixrac/idxal/tranzit elektron komponentləri (“çiplər”, “mikrosxemlər”) hərbi / ikili təyinatlı məhsulların istehsalında istifadə imkanlarına dair texniki araşdırılması üçün səlahiyyətli dövlət orqanlarına (Müdafiə Nazirliyi, Energetika Nazirliyi, MTK-yə) göndərilir.
Vurğulanıb ki, belə faktlar təsdiq edildikdə, tədarüklər səlahiyyətli dövlət orqanı (Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin sənayenin inkişafı Komitəsi) tərəfindən ixracın lisenziyalaşdırılmasına göndərilir.
Nazirlikdən həmçinin bildirilib ki, Qazaxıstan Respublikası hökumətinin cari ilin 27 avqust tarixli qərarı ilə hərbi məhsulların ixracı/tranziti qadağan edilib və eyni zamanda, Qazaxıstan Respublikasından hərbi məhsulların, o cümlədən raket komponentləri və ya raketlərin istehsalı üçün komponentlərin təkrar ixracı/tranziti 2022-ci il və ondan əvvəl həyata keçirilməyib.
JASMİN