1300 nəfərin texnoloji yarışması 3 gündür ki, davam edir.

Dronlar ölkəmizdə dövriyyəsi məhdudlaşdırılan (!) avadanlıqlar siyahısında olduğundan DRON kateqoriyasında yarışan uşaqlara dronları ETN verib.

Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib.

Ekspert bu gün “Bakı Ekspo Mərkəzində“ Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə keçirilən SAF 2022 -STEAM Azərbaycan festivalında iştirak edib və təəssüratlarını bölüşüb.

 Osman Gündüz vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq iştirakçı sayı və iştirakçı ölkələr, yarışların kateqoriyaları xeyli artıb, həmçinin daha aşağı yaş qrupunda olan uşaqlar da yarışlara cəlb edilib.

“Ümumilikdə, festivala 1300-dən çox iştirakçı qatılıb.  Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edən 127 əcnəbi şagird də iştirakçıdır.

11 kateqoriya üzrə keçirilən yarışların münsif heyətində tanıdığım mütəxəssislərimizlə bərabər türkiyəli, israilli, fransalı, norveçli və çinli ekspertlər də vardı.

Xeyli sayda komandalarla görüşdüm, iştirakçılarla,, şagirdlər və müəllimlərlə , mentorlarla , təşkilatçılarla söhbət etdim. Bəzi təqdimatlarda iştirak etdim.

Ümumi fikrim odur ki, festival, bu tip yarışlar uşaqlarda müasir çağırışlara uyğun bacarıqları və düşüncə tərzini formalaşdırmaq, rəqəmsal bacarıqları artırmaq, komanda bacarıqlarını və kommunikasiyaları inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.

ETN-nin, təşkilatçıların, dəstəkçilərin bu istiqamətdəki səyləri təqdirə layiqdir”, - deyə o, bildirib.

 Qeyd edək ki, dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı"nın açılış mərasimi keçirilib. Tədbir dekabrın 9-dək davam edəcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. Festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

 

Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN