Bu gün hava şəraiti ilə əlaqədar Amerikanın SpaceX şirkəti tərəfindən Türkiyənin ilk müşahidə peyki IMECE-nin orbitə buraxılması ləğv edilib.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin TRT telekanalı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından məlumat verib.

Buraxılış Bakı vaxtı ilə saat 10:48-ə planlaşdırılıb. Starta 28 saniyə qalmış güclü külək səbəbindən ləğv edilib. Əvvəlcə peykin aprelin 11-də orbitə buraxılması nəzərdə tutulsa da, sonra hava şəraiti ilə əlaqədar orbitə buraxılması da təxirə salınıb. Yeni buraxılışın tarixi və vaxtı dəqiqləşdirilməyib.

TRT-də çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, peykin müxtəlif sahələrdə istifadəsi planlaşdırılır.

“Müşahidə peyki sayəsində biz dünyanın istənilən yerindən yüksək ayırdetməli təsvirlərə olan ehtiyaclarımızı ödəyə biləcəyik”, - Varank deyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar da öz növbəsində qeyd edib ki, peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsi planlaşdırılır.

"Türkiyə ordusu NATO-nun kosmos imkanlarına malik bir neçə ordudan biridir. Yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərindən istifadə etməklə, kəşfiyyat və komanda-nəzarət tapşırıqlarını həll etmək qabiliyyətini artıracaq", - o deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN