Azərbaycan 2023-cü ilin ilk iki ayında 4,8 mindən çox avtomobil alaraq Gürcüstandan avtomobil idxalında liderlik edir.

Gürcüstan Milli Statistika Departamentinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 4820 avtomobil alıb və bu ölkədən avtomobil idxalında birinci olub.

 Xatırladaq ki, ötən ilin noyabr ayına olan məlumata görə, Gürcüstandan Azərbaycana 245,1 milyon ABŞ dolları dəyərində 25 096 avtomobil ixrac edilib.

Qeyd edək ki, həmin avtomobillərin bir çoxunun (əzilmiş, hava yastıqları açılmış, suya düşmüş və s.) Amerikadan Gürcüstana çox ucuz qiymətə  gətirildiyi, oradakı ustalar tərəfindən təmir edildiyi və Azərbaycan alıcısına satıldığı da heç kəsə sirr deyil. Yəni avtomobil alıcılarının bir çoxunun ikinci əl avtomobil almağa olan marağı da onların təzə avtomobillərin qiymətindən bir qədər ucuz olması ilə əlaqədardır.

 Artıq Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

 Nazirlər Kabinetindən bildirilib ki, əgər vətəndaş 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edib, müqavilə bağlayıbsa və bu avtomobilin yaşı 10 ildən çox olsa da, ölkəyə buraxılacaq.

Bu isə o deməkdir ki, daha ölkəmizə çox köhnə avtomobillərin gətirilməsi mümkün olmayacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN