Mənzillərdə qaz detektorlarının quraşdırılması icbari qaydada tətbiq olunacaq.
Bu barədə “Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov media və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, məsələ “Qaz təchizatı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb: “Ola bilsin ki, bu, yaxın aylarda qüvvəyə minəcək. Orada qeyd olunan məsələ mütləq tələb kimi qoyulub. Bizim aidiyyəti işçilər mənzillərə baxış keçirən zaman akt tərtib olunacaq. Aktın bəndlərindən biri də detektorların olmasıdır. Artıq bu, məcburi tələbdir. Detektor olmasa, müvafiq tədbirlər görüləcək”, - deyə İ.Behbudov qeyd edib.