Qırğızıstanın Paytaxtı Bişkek şəhərində yerləşən zibil poliqonunda muzey açılacaq.
Bu barədə Qırğızıstan KİV-nə təşəbbüskarlardan biri, ekoloji fəal Aymerim Tursəliyeva məlumat verib.
Onun sözlərinə görə, ərazidə konteyner də quraşdırılıb. Nyu-Yorkdan olan rəssam muzeyin konsepsiyasını və dizaynını inkişaf etdirməyə kömək edəcək.
“Bu, ölkəmizdəki zibilin tarixi və zibil poliqonunun tarixi olacaq. Orada mütləq arxiv fotoşəkilləri olacaq və eksponatlar poliqonda tapılan əşyalar olacaq. Biz iş üçün zibilxanaya gedəndə tullantı yığanlar tez-tez tapdıqları hansısa bir şeyi bizə verirlər. Məsələn, mənim həmkarım Bermet Börüyevaya bu yaxınlarda maraqlı lampa verildi, o, təzə idi, qablaşdırmada idi. Yəni, adam alıb, istifadə etməyib, sonra sadəcə atıb. Bu lampa mütləq muzeydə təqdim olunacaq. Biz insanların diqqətini artıq istehlak probleminə belə yönəltmək istəyirik”, - deyə Aymerim Tursəliyeva bildirib.
Qeyd edilir ki, hazırda muzeyin iş saatları Bişkek sanitar sınaq poliqonunun rəhbərliyi ilə birgə müzakirə olunur. Ekoloji fəal hesab edir ki, əhalinin yeni muzeyə marağı olacaq.
Açılış isə oktyabrın 7-nə planlaşdırılıb.
JASMİN