İşğaldan azad edilən Füzuli şəhərinin “Mərkəzi Parkı”nın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması üzrə elan edilən açıq tenderin qalibi müəyyən olunub.

TEZADLAR.AZ xəbər verir ki, Qarabağ Dirşəliş Fondu tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq keçirilən tenderin qalibi kimi “RAMCO” QSC müəyyən olunub.

Qalib şirkətlə 584.500,50 AZN (ƏDV daxil) məbləğində satınalma müqaviləsi bağlanıb və müvafiq işlərə start verilib.

Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, burada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN