Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni bir portal hazırlayıb...
AzİnTelecom-un hazırladığı Portal.rinn.az resursuna RİNN strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətləri inteqrasiya olunacaq. Bu barədə Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verib. Sitat: "Hələlik bu portala 6 xidmət inteqrasiya olunub. Qeydiyyat tələb olunan xidmətlər üçün “ASAN Login” sistemi, o cümlədən SİMA rəqəmsal imza ilə qeydiyyat nəzərdə tutulub. Portala girişi də bu gün elə SİMA ilə, QR kodu skan etməklə reallaşdırdım. Düşünürəm ki, bu vahid portal xidmətlərin daha asan və əlçatan olması, operativ əlaqə imkanları yaradılması baxımından xeyli əhəmiyyətlidir. Yeri gəlmişkən, SİMA -nın digər dövlət xidmətlərinə inteqrasiyasının sürətlənməsinə də ciddi ehtiyac var. Hələlik mobil imza sektorunda ASAN imzanın inhisarçı mövqeyi üstünlük təşkil edir. Uzun müddət keçməsinə baxmayaraq SİMA-nın rəqəmsal sektora inteqrasiyası istiqamətdə işlər ləng gedir. Gərək RİNN və EHİM bu sahədə səylərini gücləndirsinlər".
Bəli, elektron xidmətlərin sayı artdıqca inhisarçılıq da aradan qalxacaq...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN