AMEA-nın Neft və Qaz İnstitutu ilə Yaponiyanın JOGMEC korporasiyasının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, icraçı direktor, g.-.m.e.d., prof. Vaqif Qurbanov, elmi katib, y.e.ü.f.d. Şəlalə Hüseynova, akademik Əkpər Feyzullayev, g.-m.e.ü.f.d., dos. Məlahət Əfəndiyeva, y.e.ü.f.d. Rafiq Səfərov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aytən Hüseynova, JOGMEC tərəfindən isə Naito Takanori, İşimaru Takuya, Setoquçi Reiko, Kadovaki Hikaru və Sakuma Hironobu iştirak ediblər.

İnstitutdan verilən məlumata görə, tədbir zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində çöl tədqiqat işlərinin aparılması məsələləri müzakirə olunub. Müqaviləyə əsasən, 11-31 may 2022-ci il tarixlərində Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şamaxı-Qobustan, Aşağı Kür və Abşeron rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılıb.

Xatırladaq ki, birgə geoloji çöl tədqiqatlarının aparılması haqqında müqavilə Neft və Qaz İnstitutu ilə Yaponiyanın JOGMEC korporasiyası arasında 3 sentyabr 2020-ci il tarixində imzalanıb, lakin COVID-19 pandemiyası səbəbindən müqavilə üzrə işlər qismən icra edilib. Həmin müqavilə, JOGMEC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Ütəlgi Kəşfiyyat Blokunda geoloji və geofiziki kəşfiyyat işlərinin aparılmasına dair Müştərək Tədqiqat üzrə Müqavilənin bir hissəsidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN