““Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş gedir.”

***

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə
144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov  “ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması məsələsindən danşarkən vurğulayıb ki, bu layihənin tətbiqi zamanı da istehlakçıların narazılğına səbəb olan bəzi hallar üzə çıxır.

“Onları 2 qrupa bökmək olar. Birincisi, texniki problemlər. Məsələn, istehlakçı ona təqdim edilən çeki portalda oxudarkən çek tapılmır və bildirişdə “Çek tapılmadı!” yazılır. İkincisi, bilavasitə vəsaitin qaytarılması ilə bağlı problemlərdir. Hər iki halda daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırlır, mövcud problemlər aradan qaldırılır və ya istehlakçıya qaneedici məlumat verilir”, - deyə idarə rəisi bildirib.

Elçin Məmmədovun sözlərinə görə, yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 2021-ci ilin sonlarında Dövlət Vergi Xidməti rəisinin əmri ilə “ƏDV geri al” layihəsi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi barədə Tədbirlər Planı” təsdiq edilib.

“Ümumi şəkildə demək istəyirəm ki, həmin sənəddə daxil olmuş müraciətlərə səbəb olan halların diaqnostikası, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, ƏDV-nin geri qaytarılması üzrə verilmiş imtinanın səbəbləri ilə bağlı istehlakçılarda əlavə sual yaratmayacaq şəkildə məlumatların təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub” , - deyib.  

O, bundan başqa, DVX-nin rəsmi internet səhifəsində “Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş getdiyi barədə məlumat da verib.

Xatırladaq ki, “ƏDV geri al” layihəsi təqribən iki ilə yaxındır ki, həyata keçirilir.

ƏDV-nin qaytarılması üçün istehlakçı və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır,  satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır, həmçinin satıcının yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

Qeyd edək ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür. Hazırda ölkə üzrə belə kassaların sayının 60.335 ədəd olduğu bildirilir.

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN