Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, 1 iyun tarixində gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.
Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək.