“Görəsən, bizim kəşfiyyat qurumlarının bundan xəbəri olubmu?”

İspaniyanın SATLANTİS kosmik texnologiyalar şirkəti ötən ay orbitə qaldırılan və Ermənistana icarəyə verdiyi Urdaneta-Armsat1 peyki ilə bağlı yeni açıqlama yayıb.
Açıqlamada adı çəkiıən peykin idarəetməsi üçün gərəkli olan sistemin də Ermənistanın Yüksək texnologiyalar Nazirliyi yanında Geokosmos qurumuna veriləcəyi bildirilib.

Urdaneta-Armsat1 isə indiyədək İspaniyanın adı çəkilən şirkəti tərəfindən idarə olunurdu.
SATLANTİS gələcəkdə Ermənistanda kosmik sənayenin inkişafına , kadrların hazırlanmasına dəstək verəcəyini də açıqlayıb.

Bildirilir ki, Ermənistan yerin müşahidə peykinin icarəyə götürülməsi üçün SATLANTİS ilə 8 ay öncədən müqavilə bağlayıbmış.

Açıqlama ilə bağlı "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında “Məlum olduğu kimi, Ermənistan 2023-cü ildə özünün peyk idarəetmə mərkəzini quracağını bildirmişdi. Urdaneta-Armsat1 isə indiyədək İspaniyanın adı çəkilən şirkəti tərəfindən idarə olunurdu. SATLANTİS gələcəkdə Ermənistanda kosmik sənayenin inkişafına , kadrların hazırlanmasına dəstək verəcəyini də açıqlayıb.

Ermənistan Urdaneta peykindən alınan informasiyalardan yerin müşahidəsi, sərhədlərə nəzarət, ekologiya və monitorinq məqsədləri üçün istifadə ediləcəyini bildirib”, - deyə qeyd edib.

 O, Ermənistanın həmin şirkətlə 8 ay əvvəl müqavilə bağladığına diqqət çəkib.

 “Diqqət yetirdikdə görmək olar ki, Ermənistan yerin müşahidə peykinin icarəyə götürülməsi üçün SATLANTİS ilə 8 ay öncədən müqavilə bağlayıbmış”, -  bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN