Mastercard və ya Maestro kartına sahib olan şəxslər “BakıKart” balansını tək səfərdə ən azı 5 AZN məbləğində artırmaqla
1 AZN kəşbək qazanacaqlar. Kampaniya şərtləri aşağıdakı kimidir:
⠀online.bakikart.az-da Mastercard-ları ilə BakıKart-ına ən az 5 AZN yükləyən Mastercard və ya Maestro kart sahibləri əlavə 1 AZN qazanırlar;
Maksimum qazanc 3 yükləmə ilə məhduddur;
Mastercard əvvəlcədən xəbərdarlıq etmədən kampaniya şərt və qaydalarını dəyişdirmək hüququnu özündə saxlayır;
Kampaniya ümumilikdə 50 000 əməliyyat ilə məhduddur.
Kəşbək ödəniş edildikdən sonra 2 iş günü ərzində müştərinin BakıKart balansına köçürülür.
Qeyd edək ki, yalnız Mastercard və ya Maestro kart sahibləri bu kampaniyadan yararlana bilərlər.
Xatırladaq ki, Azərbaycanda təkcə 2022-ci ilin mart ayında 243 min yeni ödəniş kartı istifadəyə verilib. İstifadəçilərinin sayı günbəgün artır.
Y.MƏMMƏDLİ