İyunun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyona çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
O qeyd edib ki, ölkədaxili bu kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq 8 milyard manata bərabər olub. Nağdsız ödənişlərin çəkisi kart ödənişlərində ilk dəfə 124 faiz bəndi artıb. Nağdsız ödənişlərin həcmində xüsusi önəm daşıyan elektron ticarətin məbləği 2,7 dəfə artaraq 6 milyard manat olub.